AVRO-2024: Avstriya hesabda öndə, Fransa–Polşa matçında bərabərlik

Almaniyada keçirilən 2024-cü il Avropa çempionatının qrup mərhələsinin oyunları davam edir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu gün C və D qrupunda III turun oyunları keçirilir.

D qrupunda Fransa Polşa ilə, Niderland Avstriya ilə görüşəcək.

C qrupunda lider İngiltərə Sloveniya millisi ilə qarşılaşacaq. Digər görüşdə isə Danimarka Serbiya yığmasıyla üz-üzə gələcək.

AVRO-2024
25 iyun
III tur

D Qrupu

20:00. Fransa – Polşa - 1:1 (İkinci hissə)
Qollar: Mbappe, 56 (p) // Levandovski, 79 (p)

20:00. Niderland – Avstriya - 2:3 (İkinci hissə)
Qollar: Qakpo, 47, Depay, 76 // Malen, 6 (aq), Şmid, 59, Sabitser, 80

C Qrupu

23:00. Danimarka – Serbiya

23:00. İngiltərə – Sloveniya

Bütün xəbərlər Facebook səhifəmizdə