"Azərbaycan əhalisinin 25 faizini gənclər təşkil edir" - Fərid Qayıbov

"Azərbaycan əhalisinin 25 faizini gənclər təşkil edir. Bu da dörddəbir hissə deməkdir. Prezident İlham Əliyev hər il gənc nəslin nümayəndələri ilə görüşür, onları təltif edir". SİA xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov iyunun 20-də Bakıda keçirilən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumunda çıxışı zamanı deyib.

Azərbaycanın öz milli gənclər gününün olduğunu diqqətə çatdıran nazir əlavə edib: “Azərbaycan Hökuməti gənclər üçün müxtəlif proqramlar təşkil edir ki, bu da dövlətimizin gənclərə qayğısının bariz göstəricisidir. Demək olar, ölkənin hər bir rayonunda gənclər evləri fəaliyyət göstərir. Bu il Lənkəran Türk dünyasının, Şuşa şəhəri isə İslam dünyasının gənclər paytaxtı seçilib. Gələn həftə ICESCO Şuşada Gənclər Forumu keçirəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə