Azərbaycan Monqolustanı məğlub edib

Azərbaycan Monqolustanı məğlub edib

Bakıda ilk dəfə təşkil olunan “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-də ilk matçlar keçirilib.

SİA xəbər verir ki, futbol üzrə Azərbaycan Tofiq Bəhramov adına Respublika Stadionunda Monqolustanı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Matçda yeganə qolu 90+1-ci dəqiqədə Bəhlul Mustafazadə vurub.

Digər oyunda isə Bolqarıstan Tanzaniyanı 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Arif Əsədovun başçılıq etdiyi komanda növbəti oyununu martın 25-də Bolqarıstan seçməsinə qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə