"Şanxay Portu"nun yarımmüdafiəçisi Oskar karyerasını Avropa və ya Braziliyada davam etdirə bilər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, futbolçunun Çin təmsilçisi ilə müqaviləsi 2024-cü ilin sonuna qədərdir.
Avropa komandalarının yarımmüdafiəçini yaxından izlədiyi bildirilir və Braziliyanın "İnternasional" klubunun baş məşqçisi Eduardo Kude də öz açıqlamasında Oskarı istədiklərini bildirib:
"Yeganə hədəfimiz, imzalamağa çalışdığımız oyunçu Oskardır. Mən onu gətirmək istəyirəm.
Artıq onun məşqçisi ilə danışmışam. Rəhbərlik məndən susmağımı istədi, amma bəzən çox danışıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB