Atletika üzrə Azərbaycan millisinin məşqçilərinin iclası keçirilib

Atletika üzrə Azərbaycan millisinin məşqçilərinin iclası keçirilib

Atletika üzrə Azərbaycan millisinin məşqçilərinin iclası keçirilib. SİA xəbər verir ki, görüş Azərbaycan Atletika Federasiyasında baş tutub.

İclasda qış mövsümünün yekunları, “Belqrad-2024 U-20 yaş kateqoriyası üzrə Qış Balkan Çempionatı”, “28-ci Balkan Qış Çempionatı”, “Belqrad qış turniri”nin nəticələri müzakirə olunub.

Həmçinin yay mövsümündə görüləcək işlər və 2025-ci ildə Azərbaycanda keçiriləcək lll MDB Oyunları barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə