Mariya Stadnik 10-cu dəfə Avropa çempionu oldu

Mariya Stadnik 10-cu dəfə Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu gün yarışda qadın güləşçilər mübarizə aparırlar.

50 kq çəki dərəcəsində yer alan Azərbaycan güləşçisi Mariya Stadnik finalında Türkiyə təmsilçisi Evin Demirhanla üz-üzə gəlib. Rəqibinə tam üstünlüklə qalib gələn Stadnik 10-cu dəfə Avropa çempionu olub.

Bu gün Azərbaycan millisinin digər üzvü Alyona Kolesnik (59 kq) də final görüşünə çıxacaq. O, Alina Filipoviçlə (Ukrayna) qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə