Qran-Pridə iştirak edəcək Azərbaycan atıcıları açıqlanıb

Qran-Pridə iştirak edəcək Azərbaycan atıcıları açıqlanıb

Yanvarın 9-da Sloveniyanın Ruşe şəhərində atıcılıq üzrə Qran-Pri turniri start götürəcək. Azərbaycan Atıcılıq Federasiyasından (ATF) SİA-ya verilən məlumata görə, dünyanın tanınmış idmançılarının mübarizə aparacağı yarışda Azərbaycanı iki atıcı təmsil edəcək.

Yanvarın 14-dək davam edəcək turnirdə Nigar Nəsirova və Ruslan Lunyov qüvvəsini sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə