Braziliyada bu futbolçuya görə matəm elan olundu

Braziliyada bu futbolçuya görə matəm elan olundu

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Braziliya milli komandasının futbolçusu, məşqçisi və koordinatoru kimi 4 dünya çempionu olmuş Mario Zaqallonun vəfatından sonra 3 günlük milli matəm elan edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Zaqallonun yanvarın 6-da 92 yaşında vəfat etməsindən sonra açıqlama verən Lula da Silva, "Əbədi Mario Zaqallonun xatirəsinə ölkədə 3 günlük rəsmi matəm elan olundu" deyib.

Lula da Silva Zaqallonun bütün zamanların "ən güclü" heyəti olaraq tanınan Braziliya Milli Komandasının məşqçisi olduğunu ifadə edərək, "O, bütün zamanların ən yaxşı futbolçularından və məşqçilərindən biri, möhtəşəm bir qalib və Braziliyanın simvolu idi", - deyə əlavə edib.

Qeyd edək ki, Zaqallo həm oyunçu, həm də məşqçi kimi Dünya Kubokunu qazanan ilk şəxs olub.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə