"Adrian Mutunu "Neftçi"nin ən zəif məşqçilərindən biri hesab etmək olar" - MÜTƏXƏSSİS FİKİR BİLDİRDİ
"Hələ ilk zamanlar Adrian Mutunun "Neftçi"yə gəlişi bir qədər şübhə doğururdu. Çünki bir komanda ilə müqaviləsi ola-ola onu atıb, "Neftçi"yə gəlmişdi. Əslində bu, o qədər də xoşagələn addım sayılmır. Futbol camiasında adətən məşqçilər öz işlərini sona çatdırdıqdan sonra yeni müqavilə imzalayırlar. Doğrusu, Mutunun gedişinin həqiqi səbəbini bilmirəm. Amma "Neftçi"nin taleyinə neqativ bir hal kimi yadda qaldı. Baxmayaraq ki indi üçüncü yerdədir, amma hər halda həm "Sabah"dan, həm də "Neftçi"dən bu il "Qarabağ" klubuna rəqib ola biləcəklərini gözləyirdilər. Ən azından bu qədər böyük fərqin olacağı gözlənilmirdi". Bu sözləri SİA-ya açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib.
"Çünki bunun üçün bəlli bir məbləğ xərclənilmişdi, ən azı 6-7 yeni oyunçu transfer edilmişdi. Amma bütün bunların heç bir xeyri olmadı",- deyə o əlavə edib.
Mütəxəssis bildirib kix Adrian Mutu nə qədər dünyanın yaxşı oyunçularından olsa da, təcrübəsiz bir məşqçi kimi yadda qalıb: "Mutuya qədər olan məşqçilərlə müqayisə etsək, hansısa birindən güclü olduğunu deyə bilmərəm. Onu "Neftçi"nin ən zəif məşqçilərindən biri kimi qələmə vermək olar. Əminliklə demək olar ki, ilin sonuna qədər "Neftçi" birinci yer tutası deyil. Lakin istənilən bir məşqçi ilə bu qədər imkanlarla iki və ya üçüncü yeri tutmaq məcburiyyətindədir. Ən azından ümid edək ki, bu məşqçi ilə növbəti sezon rəqabətə dayanıqlı bir komanda görə biləcəyik".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB