"Napoli"də yeni müqavilə

"Napoli", hücumçusu Viktor Osimhenlə müqaviləni uzadıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, yeni müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub. Nigeriyalı 2020-ci ilin sentyabrından bu komandada çıxış edir. O, bu mövsüm İtaliya A Seriyasında 13 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə