"Beşiktaş" klubu baş məşqçisi Rıza Çalımbayı qovub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə "Sports Digitale" məlumat yayıb. Klub rəhbərliyi Ole Qunnar Sulşer ilə danışıqlara başlayıb. Mütəxəssisin meneceri "Beşiktaş" ilə danışıqlar üçün İstanbula gəlib.
Klub Sulşerə 18 aylıq müqavilə təklif edib. 50 yaşlı mütəxəssis sonuncu dəfə 2018-2021-ci illərdə "Mançester Yunayted"i çalışdırıb.
Qeyd edək ki, dünən "Alanyaspor"a 1:3 hesabı ilə məğlub olan "qara qartallar" hazırda turnir cədvəlində 26 xalla 5-ci yerdədir. Lider "Fənərbağça"nın hesabında isə 43 xal var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB