İki ölkə Rusiya millisi ilə oyunları boykot edib

Latviya Futbol Federasiyası və Polşa Futbol İttifaqı UEFA-nın bayrağı altında keçirilən gənclərin turnirlərində Rusiya yığması ilə oyunlarda komandalarını meydana çıxarmayacaq. SİA xəbər verir ki, bu barədə hər iki qurumun mətbuat xidməti məlumat yayıb.

Latviya tərəfi görüşün keçirildiyi yerdən və rusiyalı oyunçuların təqdimat formasından asılı olmayaraq, həmin qarşılaşmada iştirak etməyəcəklərini bəyan edib.

Polşa isə UEFA İcraiyyə Komitəsinin dünənki bəyanatından təəccübləndiyini və bu rəqiblə oynamayacaqlarını bildirib.

Daha əvvəl İngiltərə və Ukrayna da eyni addımı atmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə