“Barselona”nın hücumçusu Ansu Fati hələ də yay transfer pəncərəsində komandasını tərk edə bilər. Sportnet.az-ın “Sport”a istinadən məlumatına görə, "mavi qranat"ın rəhbərliyi futbolçuya onu satmaq təkliflərinə qulaq asacaqlarını açıqlayıb.
Mənbə qeyd edir ki, Fati hələ də “Barselona”da qalmaq niyyətindədir, lakin eyni zamanda Ansu başa düşür ki, Neymar gəlsə, onun oyun müddəti əhəmiyyətli dərəcədə azala bilər. Bu şübhələrə görə Fati karyerasını davam etdirmək üçün başqa variantları nəzərdən keçirə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, daha əvvəl adı açıqlanmayan Premyer Liqa klubunun 20 yaşlı Fati üçün 50 milyon avro təklif etdiyi bildirilirdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB