Qara Qarayev "Neftçi"də problemlə üzləşib

Qara Qarayev "Neftçi"də problemlə üzləşib

“Neftçi”nin yeni transferi Qara Qarayev Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” klubuna qarşı oyunlarda “ağ-qaralar”a kömək edə bilməyəcək. SİA xəbər verir ki, futbolçu bu mövsüm avrokubokda artıq meydana çıxdığından belə problemlə üzləşib.

31 yaşlı yarımmüdafiəçi “Qarabağ”ın heyətində Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllüttariqin “Linkoln” klubuna qarşı səfər oyununda (2:1) üç dəqiqə oynayıb. UEFA-nın qaydalarına görə, o, digər klubun heyətində avrokubokda oynaya bilməz.

Bu vəziyyət qrup mərhələsində dəyişəcək. “Neftçi” Konfrans Liqasının qrupuna düşsə, Qarayevin xidmətindən yararlana biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə