"Konfransın nəticəsi gözlədiyimizdən daha yaxşı oldu" - Qabriela Ramos

"Konfransın nəticəsi gözlədiyimizdən daha yaxşı oldu" - Qabriela Ramos

"Biz Azərbaycana yüksək düşüncələrlə gəlmişdik. Konfransın nəticəsi gözləntilərimzidən daha yaxşı keçdi. Bunun nəticəsində biz fit for life layihəsini qurmuş olduq. Bu layihədə bir sıra nazirlər iştirak edərək, fit for life bütün dünyada təmin edəcəklər. Biz konfrans zamanı gender bərbaərliyini, gənclərin inkişafı, afrikadakı gənclərin vəziyyəti və s. barədə danışıqlar apardı.

Hər şeydən öncə bu konfrans tarixə düşdü. Ona görə ki, Covid-19 pandemiyasından sonra bu barədə təşkil olunan ilk tədbirdir". SİA xəbər verir ki, bunu YUNESKO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı - MINEPS VII-nin yekunlarına həsr olunan edilmiş mətbuat konfransında deyib.

Ramos bildirib ki, konfransda bir sıra idmançılar, dövlət qurumları, idman federasiyaları, dünyanın müxtəlif yerlərdən gələn nazirlər, yüksək vəzifəli şəxslər və s. iştirak edirdilər: "YUNESKO bir fond yaradlb. Biz bu fond nəticəsində layihəmiz həyata keçirtmək üçün istifadə edəcəyik. Günümüzdə gənclər idmanla məşğul olmurlar. Bunun nəticəsində də Azərbaycan höküməti bütün dünyaya səslənərək, idmanın kütləviyini təmin etmək istiamətində birləşməyə çağırdı".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə