İtaliya kubokunun ilk finalçısı bəlli olub

İtaliya kubokunun ilk finalçısı bəlli olub

Bu gün “İnter” və “Yuventus” arasında İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyunu keçirilib. SİA xəbər verir ki, qələbəni “nerazzuri” 1:0 hesabı ilə qazanıblar.

Yeganə qolu 15-ci dəqiqədə Federiko Dimarko vurub.

Komandalar arasında əvvəlki görüş 1:1 hesabı ilə başa çatmışdı.

Bugünkü qələbə sayəsində “İnter” klubu İtaliya kubokunun finalına yüksəlib.

“Fiorentina” – “Kremoneze” ikinci yarımfinalda üz-üzə gələcək. İlk görüş florensiyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə