Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Böyük dəbilqə” turniri davam edir. Azərbaycan Cüdo Federasiyasından SİA-ya bildirilib ki, turnirin ikinci günündə iki çəki dərəcəsində 4 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
Kişilərin yarışında 73 kiloqram çəki dərəcəsində Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev, 81 kiloqram çəki dərəcəsində Rüstəm Orucov və Elcan Hacıyev güclərini sınayacaq.
İlkin görüşlər saat 10:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB