19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçi əvəzi İlqar Aslanov Avropa çempionatının əsas mərhələsi çərçivəsində Bosniya və Herseqovinaya 1:4 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bildirib. SİA xəbər verir ki, o deyib: "1:4 hesabı ilə yenilsək də, Fransaya qarşı keçirdiyimiz oyunla müqayisədə daha yaxşı çıxış etdik. Əlbəttə, təcrübəsizlik sözünü dedi. Hadisələrin gedişatı onu göstərir ki, uşaqlar oyundan oyuna daha inamlı təsir bağışlayır. Səhvlərimiz üzərində işləməliyik ki, növbəti matçlarda daha yaxşı çıxış edək. Qrupda son oyunumuzu Yunanıstana qarşı keçirəcəyik. Fransa və Bosniya və Herseqovina ilə müqayisədə onlar səviyyə baxımından bir qədər geri qalır. Amma hiss olunur ki, komanda olaraq müəyyən təcrübəyə malikdirlər. Bizi maraqlı və gərgin oyun gözləyəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə