Türkiyə Voleybol Federasiyası zəlzələdən sonra qərarını açıqladı

TRT spor xəbər verir ki Federasiya, Kahramanmaraşda baş verən zəlzələdən sonra üç şəhərdəki 8 komandanın liqadan çıxmaq tələbini qəbul edib.
Türkiyə Voleybol Federasiyası zəlzələdən sonra qərarını açıqladı

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, liqadan çıxmaq qərarına gələn qruplar arasında kişilərdən ibarət 5, qadınlardan ibarət 3 komanda var. Kişilərdən ibarət komandalar Hatay Böyükşəhər Belediyespor, Malatya Böyükşəhər Belediyespor, Üzümdalı Genclikspor, Gaziantep Genclikspor və Hatay Yeşilkentspor, qadınlardan ibarət komandalar isə Gaziantep Merinos Genclikspor, Hatay Voleybol Genclikspor və Antakya Bələdiyyəsi Genclikspordur.

Federasiya, liqadan çıxan qrupların hüquqları ilə bağlı: “ Sözügedən qruplar bir mövsüm sonra eyni hüquqlar ilə liqalara qayıda biləcəklər. Oyunçular isə 10 marta dək başqa komandalara transfer hüququna sahibdilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə