Ronaldo üçün klubun yeni texniki direktoru gözlənilməz açıqlama verib

"Əl-Nəsr” ilə müqavilə imzalayan Cristiano Ronaldo üçün klubun yeni texniki direktoru gözlənilməz açıqlama verib. SİA xarici mediaya istinadən xəbər verir ki, o, Ronaldonun gələcəyi ilə bağlı danışıb.

Rudi Qarsiya Ronaldonun yaxın illərdə yenidən Avropada oynayacağını deyib: "Ronaldo rəqib müdafiəsini aşmaqda bizə böyük töhfə verəcək. O, dünyanın ən yaxşılarından biridir. Düşünmürəm ki, "Əl-Nəsr” onun karyerasında sonuncu komanda olacaq. Mən Ronaldonun yaxın illərdə yenidən Avropada oynayacağını düşünürəm”. Qeyd edək ki, "Əl-Nəsr"lə 2,5 illik müqavilə imzalayan portuqaliyalı ulduz illik 200 milyon avro qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə