"Nyukasl” heyətini yeni futbolçu ilə gücləndirib.
SİA-nın əldə etdiyi məlumata görə, Premyer Liqa təmsilçisi “Everton”un hücumçusu Entoni Qordonu heyətinə qatıb.
Gənc futbolçu ilə uzunmüddətli müqavilə imzalandığı açıqlanıb. “Nyukasl”ın bu transfer üçün “Everton”a 45.6 milyon avro ödəyib.
İngiltərənin U-21 yığmasının üzvü olan Qordon “Everton”un əsas komandasında meydana çıxdığı 78 oyunda 7 qol vurub. Gənc futbolçu 2021-ci ildə “Preston”da icarədə də oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB