AMEA-nın Lənkəran REM-də şəhidin barelyefinin açılışı olub - FOTOLAR

Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə ehtiram əlaməti olaraq keçirilən Anım Günü ilə əlaqədar AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (REM) mərasim keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mərkəzin kollektivi və qonaqlar iştirak ediblər.

Bir dəqiqəlik sükutla başlanan tədbirdə Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Mərasimi açan AMEA-nın Lənkəran REM-in direktoru, professor Fərman Quliyev Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən olan 44 günlük müharibə barədə danışıb, Ölkə prezidenti Ali Baş Komandan İlham Əliyevin yüksək siyasi zəkası və komandirlik bacarığı sayəsində qələbəyə nail olduğumuzu vurğulayıb.

Mərkəzin əməkdaşları tarix üzrə f.doktorları Mayis Cəfərov, Samir Kərimov, şair-publisist Ağamir Cavad, elmi işçi Mərdan Şirəliyev və başqaları çıxış edərək xalqımızın milli qürürunu bərpa edən, ona özgüvən qazandıran şanlı Vətən Müharibəsi barədə ürək sözlərini soyləyib, şəhidlərin ruhuna rəhmət diləyiblər.

Tədbir çərçivəsində Lənkəran REM-in əməkdaşı, 44 günlük müharibənin fəal iştirakçısı, ölümündən sonra 4 medalla təltif edilən şəhid Məhsun Bağırzadənin barelyefinin açılışı olub. Professor Fərman Quliyev müəllifi rəssam Tərlan Sadıqov olan barelyefin örtüyünü açaraq Vətənin azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinin ürəklərdə əbədi yaşayacağını diqqətə çatdırıb.

Şəhidin atası Zahir Bağırov çıxış edərək Vətən torpaqlarının azadlığı uğrunda şəhid olan övladı Məhsun Bağırzadənin adının əbədiləşdirməsi üçün göstərilən diqqətə görə AMEA-nın rəhbərliyinə, o cümlədən çalışdığı Lənkəran REM-in kollektivinə öz minnətdarlığını bildirib.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...