Doğumda artım gözlənilirmi? - ARAŞDIRMA

Uşaq doğumunda artım gözlənilirdi, lakin Covid-19 əks təsirə səbəb oldu. SİA xəbər verir ki, Amerika mütəxəssisləri bir il əvvəl Covid-19 məhdudiyyətləri yeni tətbiq olunan zaman statistikanın yüksək olmasını və 2021-ci ildə doğum nisbətlərində ciddi bir artım olacağı proqnozlaşdırdı. Lakin statistika əksinin baş verdiyini göstərir.

Dünya ölkələrinin ilkin statistik məlumatlara görə, koronavirus dönəmində bir çox ölkələrdə doğuş sayı əhəmiyyətli dərəcədə azalıb. Korovirusun yayıldığı bu dövrdə insanlar işlərini itirirlər və sabah nə baş verəcəyi ilə bağlı narahatlıqları var. Buna görə də yeni körpələr dünyaya gətirməkdə maraqlı deyillər. Yarım milyon amerikalıın həyatını itirdiyi 25 əyalətdən alınan məlumatlara və araşdırmalara görə, 2020-ci ildəki doğum nisbətləri ilə müqayisədə 2021-ci ildə kəskin bir azalma olduğu ortaya çıxıb. Dünyada pandemiyadan əvvəl bir azalma var idi, lakin bu nisbət 2020-ci ildə 2019 ilə müqayisədə daha az idi.

Mütəxəssislər erkən doğuşların sayının ümumiyyətlə, son rəqəmlərə olduqca yaxın olduğunu söyləyirlər.
Covid-19 peyvəndinin də doğumun azaltmasında rolu olduğunu deyənlər də var. Pensilvaniya Universitetinin tədqiqatçısı Hans-Peter Kohler bildirib ki, indi doğuşların azalmağa davam edəcəyi ilə bağlı geniş bir konsensus var: "Bunun vacib səbəblərindən biri hamilə qadınların virusdan daha ciddi təsirlənməsidir və hamilə qadınlarda peyvəndlərin istifadəsinin tibbi tövsiyələrə görə çox aşağı olmasıdır. Buna görə bir çox cütlüklər peyvəndləməyə qədər gözləyəcəklərini düşünürlər".

Uşaqlar Covid-19 pandemiyasının qurbanları kimi görünməsələr də, pandemiyanın ən böyük qurbanı kimi təhlükə ilə qarşı-qarşıyadırlar. Covid-19-un yayılmasının uşaqların sağlamlığına ciddi təsiri olmasa da, onların psixologiyasına ciddi şəkildə təsir edir. Uşaqların yaşından, cinsindən, əqidəsindən, millətindən aslı olmayaraq, sosial-iqtisadi böhran uşaqların hamısına həm psixoloji, həm də mənəvi sarsıdıcı zərbə vurub. Covid-19 universal bir böhrandır və bu böhran uşaqların halına ciddi təsir edib.

“İnsanların uşaq sahib olmaq istəməsi psixoloji və ruh halı ilə bağlı məsələdir”. Bu məsələ ilə bağlı SİA-ya açıqlamasında Psixoloq Fərqanə Mehmanqızı deyib.

Dünyaya uşaq gətirmək həqiqətən də bu dönəmdə çox çətindir və bundan qorxmaq da təbii haldır: “Hər bir insanın psixologiyası individual olduğuna görə onun ruh halı da hadisələrə psixoloji yanaşmasıda individualdır. Yəni hər kəsdə qorxu olması fikri düzgün deyil. Lakin qorxunun səbəbi bundan qaynaqlanır ki, xəstəlik can alır, hamiləlik zamanı dölə təsir edir, ağır və ya yüngül problemlər yaradır”.

“Pandemiya qlobal problemlərin və doğumun azalmasına səbəb olacaq və əhalinin artımına mənfi təsir göstərəcək”. Bunu SİA-ya açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

Sosioloq vurğulayıb ki, bu azalma çox keçmədən statistik məlumatlarda özünü biruzə verdi: “Təbii ki, səbəblər aydındır. Ailə quranların və toy mərasimlərinin azalması eyni zamanda, sosial problemlər buna təsir göstərib. Belə bir narahat və çətin dövrdə insanlar uşaq sayını artırmağa o qədər maraqlı deyillər. Pandemiyanın əsas təsirlərindən biri də budur. Mən hesab edirəm ki, bunu hansısa qüvvə dünyada bu prosesi aparırsa onlar əsas məqsədlərinə çatıb. Bəzi şəxslər əhalinin azalması müxtəlif üsullarla təmin etmək üçün bunu heç gizlətmədən açıq şəkildə çıxışlarında kitablarında proqramlarında deyillər. Bildirirlər ki, dünya əhalisi çoxdur, planetdə problemlər yaranır. Ona görə də hümanist yollarla əhalinin azaldılmasının təmin etmək lazımdır. Yəni sonsuzluq yaratmaq ailə insitutunun dağıdılması müxtəlif sosial problemlərlə ailələrdə minumum uşaq sayının olmasına çalışırlar. Bu proses də öz nəticəsin göstərib. Pandemiya gec-tez qurtaracaq və həyat öz axarına qayıdacaq. Çünki təbii balans özünü yenidən tənzimləyəcək. Yəni müvəqqəti azalmaların dünya əhalisi statistikasına təsiri az olacaq. Alimlərin hesablamalarına görə, dünya minimum 50-60 milyard insanın yaşamasını təmin etmək gücündədir. Sadəcə, pandemiya kimi hadisələr hansısa qüvvələrin öz məqsədlərini həyata keçirmək üçün bəhanədir”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə