Yer kürəsində yeni maqnit qasırğası başladı

Yer kürəsində oktyabr ayı ərzində üçüncü maqnit qasırğası qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Mütəxəssislər bildiriblər ki, təsir orta səviyyədə qiymətləndirilir, buna görə də güclü geomaqnit dalğalanmalar gözlənilmir. Lakin zəif qasırğa demək olar ki, qaçılmaz olub. Alimlərin hesablamalarına görə, geomaqnit şərait oktyabrın 20-si günorta saatlarında normaya dönəcək. Bundan sonra təxminən bir həftəlik sakitlik gözlənilir.

Ayın əvvəlindən etibarən iki maqnit qasırğası artıq qeydə alınıb — 1-3 oktyabr və 12 oktyabr tarixlərində.

Oktyabrın 18-i gecə və səhər saatlarında Günəşdə M sinfinə aid dörd partlayış baş verib. Alimlərin məlumatına görə, sonuncu partlayış (M1.32) Bakı vaxtı ilə 10:50-dən 11:04-ə qədər, birinci partlayış (M1.0) isə 04:23-dən 04:39-a qədər davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə