Moskva metrosunda pnevmatik qumbara partladılıb...

SİA-nın məlumatına görə,TASS xəbər verir ki, Moskva metrosunun vaqonunda pnevmatik qumbara partladan şəxs saxlanılıb.

Hadisə Moskva metrosunun “Sokolniçeskaya” xəttinin “Yuqo-Zapadnaya” stansiyasında baş verib.

İlkin məlumatlara görə, naməlum şəxs vaqon stansiyada saxlanılarkən içəri daxil olaraq hava qumbarasını işə salıb. Xəsarət alan olmayıb.

Hadisəni törədən şəxs saxlanılıb. Hazırda müstəntiqlər onun motivini və hadisənin tam mahiyyətini müəyyənləşdirirlər.

Daha əvvəl bildirilmişdi ki, Sankt-Peterburqda yeniyetmə oyuncaq silahla metroya buraxılmayıb.

Tələbənin anasının sözlərinə görə, “Ploşçad Mujestva” stansiyasının təhlükəsizlik işçiləri axtarış zamanı onun üzərindən “Glock” markalı tapançanın plastik surəti tapıblar və sonra onu stansiyadan müşayiət ediblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə