Daha iki girovun qalıqları İsrailə təhvil verildi

İsrail ordusu Qəzza zolağında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə anklavda həlak olmuş girovların qalıqları olan daha iki tabut alıb. SİA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb. Bəyanatda qeyd olunub ki, yaxın vaxtlarda tabutlar İsrail ərazisinə gətiriləcək və məhkəmə-tibbi ekspertlər qalıqların şəxsiyyətini müəyyənləşdirmək üçün ekspertiza aparacaqlar. Bundan əvvəl İsrail hakimiyyəti HƏMAS-ın həlak olmuş girovların cəsədlərinin qaytarılması ilə bağlı öhdəliyini yerinə yetirmədiyinə görə 15 oktyabrda Qəzza ilə Misir sərhədində yerləşən “Rəfah” keçid məntəqəsini açmamaq və anklava humanitar yardım axınını məhdudlaşdırmaq qərarına gəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə