İsrail ABŞ-a xəbərdarlıq edib...

...Qəzza zolağına zərbə endirəcəyi ilə bağlı

... SİA-nın məlumatına görə, Amerikanın “Axios” onlayn portalının jurnalisti Barak Ravid iddia edib ki, İsrail Qəzza zolağına zərbə endirəcəyi ilə bağlı ABŞ-a əvvəlcədən xəbərdarlıq edib.

O, bu barədə X sosial media saytında mənbələrə istinadən yazıb.

Onun sözlərinə görə, bu, atəşkəs rejiminə nəzarət edən ABŞ komandanlıq mərkəzi vasitəsilə həyata keçirilib. İnsayderlərdən birinin sözlərinə görə, İsrail HƏMAS-a qarşı cavab tədbirləri görmək üçün icazə istəməyib.

Bundan əvvəl Netanyahu Qəzzada baş verən atışmadan sonra qətiyyətli addımların atılmasına göstəriş vermişdi.

Bu, İsrail baş nazirinin anklavın cənub hissəsində baş verən atışma hadisəsinə cavabı olub.

Oktyabrın 19-da İsrail ordusu Qəzzaya yeni zərbələr endirdiyini təsdiqləyib.

İsrail Fələstin radikalları tərəfindən atəşkəs rejimini ciddi şəkildə pozduğunu bəyan edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə