Gürcüstan hökumətinin qərarına əsasən, 2025-ci il yanvarın 1-dən sentyabrın 30-dək 851 əcnəbi vətəndaş ölkədən çıxarılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkədən deportasiya edilən əcnəbilərin siyahısında Hindistan vətəndaşları 1-ci olub. Üç rüb ərzində ümumilikdə 166 hindistanlı ölkədən çıxarılıb.
Əcnəbilərin deportasiya edilməsinə səbəb onların ölkədə qanuni qalma müddətini keçmələridir. Gürcüstandakı əksər əcnəbilər üçün bu müddət 365 gündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB