Papanın motosikleti satıldı

Roma Papası XIV Leoya məxsus motosiklet Münhendə keçirilən hərracda 156 min avroya satılıb. SİA-nın məlumatına görə, bu barədə "RM Sotheby's" hərrac evi öz saytında məlumat yayıb.

Qeyd olunur ki, "BMW R18 Transcontinental 2024" motosikletini din xadiminə "Jesus Bikers" xristian motosiklet qrupu hədiyyə edib.

Məlumata əsasən, hərracdan toplanan vəsait Papa tərəfindən idarə olunan və madaqaskarlı uşaqlara yardım üçün yaradılan "Mission Austria" xeyriyyə təşkilatına veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə