Britaniyalı qadın sahibsiz pişikdən quduzluğa yoluxub və...

Türkiyənin kurort şəhəri Bodrumda səyahət edən britaniyalı qadın sahibsiz pişiklə təmasda olduqdan sonra təhlükəli xəstəliyə tutulub.

SİA xəbər verir ki, bu hadisəni ilk dəfə bir il sonra Britaniyanın Daily Mail qəzeti yayıb.

Xloya Key yerli restoranda səhər yeməyi yeyərək tətilini başa vururdu. Balaca pişik ondan xəbərsiz olaraq stolun altından sürünərək onun dabanını kəskin dişlədi.

Hadisədən şoka düşən Xloya, uçuşdan istirahət etdikdən sonra həkimə müraciət etmək niyyətində olduğu üçün İngiltərəyə qayıdıb.

Bu vaxt turistin ev heyvanları - iki Staffordshire Bull Terrier - onun ayağının yaxınlığında qəribə hərəkətlər edərək, narahatlıqla yaranı iyləyirdilər.

Nəyinsə səhv olduğundan şübhələnən Xloya tibb müəssisəsinə qaçıbdı.

Orada diaqnoz təsdiqləndi: britaniyalı qadın quduzluq virusuna yoluxmuşdu.

Həkimlər təsirlənmiş toxumanın təcili çıxarılmasını həyata keçirdilər və xüsusi müalicə təyin etdilər.

Mütəxəssislər qeyd edirlər ki, müalicədə ən kiçik gecikmə ölümcül olardı.

Nəhayət, qadın təcili tibbi yardımı sayəsində faciəvi nəticənin qarşısını alıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə