...Amerikanın “Tomaqavk” raketləri Ukrayna ordusuna Rusiya ərazisinin dərinliklərində yerləşən əsas hərbi obyektlərə ciddi ziyan vurmağa imkan verəcək.
SİA-nın məlumatına görə, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.
Mütəxəssislərin fikrincə, Amerikanın “Tomaqavk” raketləri uzaq mənzilli dronlardan daha böyük yük daşıya və daha yüksək sürətlə uça bilir.
Bu, raketlərin düşmənin hava hücumundan müdafiə sisteminə nüfuz etmə şansını artırır və Ukrayna hərbçilərinə Rusiya ərazisinin dərinliklərində yerləşən, daha qiymətli və daha yaxşı qorunan əsas hərbi obyektlərə əhəmiyyətli zərər vurmağa imkan verəcək.
Xüsusilə, bu cür qurğulara Yelabuqadakı (Tatarıstan Respublikası) Şahed dron zavodu və Ukraynada qanadlı raketləri vuran strateji bombardmançıların yerləşdiyi Saratov vilayətindəki Engels-2 aviabazası daxil ola bilər.
Amerika Müharibənin Öyrənilməsi İnstitutunun analitikləri qeyd edirlər ki, "Ukrayna, Rusiyanın cəbhə xəttindəki əməliyyatlarını və Ukraynaya qarşı uzunmənzilli zərbə kampaniyasını dəstəkləyən Yelabuqa və Engels kimi əsas arxa bölgələrdə həssas hədəfləri hədəf alaraq, Rusiyanın hərbi imkanlarını əhəmiyyətli dərəcədə aşağı sala bilər".
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə