...Dövlət Dumasının Müdafiə Komitəsi hərbi çağırışı tənzimləyən qanun layihəsinə yeni düzəlişləri dəstəkləyib. Artıq prezidentin sərəncamı əsasında hərbi xidmətə çağırış ilboyu - yanvarın 1-dən dekabrın 31-dək aparılacaq.
SİA-nın məlumatına görə, sənəd artıq Dumanın məlumat bazasında dərc olunub və onun ikinci oxunuşu oktyabrın 21-nə planlaşdırılır.
Əsas yeniliklərdən biri elektron çağırışlara aiddir.
Layihədə nəzərdə tutulub ki, çağırış vərəqəsi xüsusi qeydiyyat jurnalına vurulduğu gündən 30 gündən gec olmayaraq çağırışçılar hərbi komissarlığa gəlməlidirlər.
Beləliklə, elektron bildirişlər rəsmi hüquqi status alacaq və kağız bildirişlərə bərabər olacaq.
Bundan əlavə, çağırış komissiyası çağırışçının şəxsi iştirakı olmadan möhlətlərə, xidmətdən azad edilmələrə və ya hərbi vəzifələrin yerinə yetirilməsinə baxa biləcək.
Bu, qərar qəbuletmə prosesini sürətləndirməli və bürokratiyanı azaltmalıdır.
Digər dəyişiklikdə isə qeyd olunur ki, hərbi komissarlıqlar hərbi uçot vərəqəsindən çıxarışları, o cümlədən elektron qaydada verə biləcəklər.
Həmçinin dəqiqləşdirilir ki, çağırış tədbirləri zamanı ehtiyatda olmayan vətəndaşların tibbi müayinədən keçirilməsi və psixoloji testlərdən keçirilməsi komissiyaların üzərinə düşür. Sənədi tərtib edənlər qeyd edirlər ki, təklif olunan bütün tədbirlər hərbi qeydiyyat sisteminin sadələşdirilməsinə və çağırış prosesinin rəqəmsallaşdırılmasına yönəlib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə