Türkiyənin İstanbul şəhərində silahlı insident olub. Bu barədə SİA yerli mətbuata istinadla xəbər verir. Məlumata görə, Esenyurt rayonunda küçədə dayanan 4 nəfərə dövlət nömrə nişanı məlum olmayan avtomobildən odlu silahla atəş açılıb. Hadisə nəticəsində 4 nəfər yaralanıb. Ərazyə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib. Yaralılar təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara aparılıb. Həkimlərin səylərinə baxmayaraq, yaralılardan biri ölüb. Polis ərazidən qaçan cinayətkarın (və ya cinayətkarların) yaxalanması üçün əməliyyata başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə