...Cümə günü Vaşinqtonda ABŞ prezidenti ilə görüşən Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukrayna Rusiyaya heç nə verməyəcək.
SİA-nın məlumatına görə, o, bu barədə Telegram kanalında yazıb.
Zelenski həmçinin Moskvanı danışıqlar prosesini uzatmaqda ittiham edib və Kiyevin qeyd-şərtsiz atəşkəslə razılaşacağını bildirib.
...“The Washington Post” qəzeti yazıb ki, Putin amerikalı həmkarı Donald Trampla telefon danışığında Ukraynadan Donbası təhvil verməsini tələb edib.
Qəzetin mənbələrinə görə, bunun müqabilində Rusiya Zaporojye və Xerson vilayətlərinin bir hissəsini Ukraynaya verməyə hazırdır.
Qəzetin yazdığına görə, Trampın xüsusi nümayəndəsi Steve Uitkoff da Ağ Evdəki görüşdə Donbasın Rusiyaya verilməsində israr edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə