251 çoxmərtəbəli bina qazla təmin edilib

251 çoxmərtəbəli bina qazla təmin edilib

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. SOCAR-dan SİA-ya verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, birlik 2016-cı ilin yanvar-avqust aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 251 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, həmin binalarda ümumilikdə 8 205 ailə yaşayır.

"Azəriqaz" İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə "mavi yanacaq"la təmin olunmasında maraqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə