"Ölkədə boşanmaların sayı durmadan artır"

"Ailə İnstitunun zəifləməsinin əsas səbəbi məişət zorakılığı, erkən nikahlar, valideyn məsuliyyətsizliyi, boşanmalar və bundan qaynaqlanan aliment problemidir". SİA-nın xəbərinə görə, bunu İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova bu gün Milli Məclisdə "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, get-gedə ölkədə boşanmaların sayı durmadan artır: "Əvvəllər kiminsə övladı boşananda hadisə olurdu, ancaq indi yeni ailə quran gənclər çox asan şəkildə evliliklərini bitirir. Təhlillər göstərir ki, bunun əsas səbəbi erkən və məcburi nikahlardır. Azərbaycanda qeydiyyata alınmayan nikahların sayı da çoxdur. Bu da əsasən kəndlərdə və rayonlarda olur. İnsanların intellektual və psixoloji baxımdan uyğunsuzluğu da boşanmalara gətirib çıxaran əsas amillərdəndir. Kimisə zorla ərə verirlər və nəticədə uyğun dilə gələ bilməyərək ümumi fikrə gələ bilmirlər. Ailələrin dağılmasına digər səbəblərdən biri də narkomaniyadır. Eyni zamanda, qumar oyunları da bu qəbildən olan problemlərdəndir. Bizə ərizələrlə müraciət edirlər ki, qumar oyununda qızını uduzan atalar olur. Cinsi zarıkılıqlar və bu yolla yoxulax xəstəliklər də bu sıradadır".

Ombudsman əxlaqsız yuvalarının baş alıb getməsindən danışıb. O deyib ki, Ailə İnstitutunun dağılmasında bunun xüsusi rolu var: "Qızlara ailədə ayrı-seçkilik çox qoyulur. Nə qədər bunu inkar etsək də, reallıq belədir. Ana bətnində olanda dölün cinsini müəyyən etmək mümkündür. Ailə övladın qız olduğunu biləndə onu tələf etdirirlər. Statistik rəqəmlərə nəzər yetirdikdə görərik ki, dünyaya gələn körpələr arasında qızların göstəricisi 46, oğlanların sayı isə 54 faiz təşkil edir. Bu da böyük demoqrafik dəyişikliklərə səbəb olur. Bundan əlavə bu gün ailələrdə əsas problemlərdən biri səbirsizlikdir. Çox təssüf ki. ailələrdə güzəştə getmək hissi çox azdı. Bunu tərbiyələndirmək lazımdır. Ailədə münaqişələrin aradan qaldırılması ictimai təşkilatların əsas vəzifələrindən biridir. Çox hallarda qadnların hüququ pozulmuş olur".

Elmira Süleymanova eyni zamanda, bir sıra hüquqi sənədlərin qəbulunun səbəbsiz ləngidilməsini də deyib: "Uzun illərdir təqdim etdiyimiz, hətta Milli Məclisinin özünün də imzaladığı iki layihə hələ də müzakirəyə çıxarılmır. Bunlardan biri "Reproduktiv sağlamlıq haqqında" və qız uşaqlarının zorakılığa məruz qalması ilə bağlı qanun layihələrinin qəbulu 8 ildir ləngiyir. Axı nə üçün? Nədir səbəb? Hansı ki bu sənədlərin qəbulu bizim üçün olduqca əhəmiyyətlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə