“Melissa” qasırğası Kubaya çatıb

Saffir-Simpson şkalası üzrə 3-cü kateqoriyaya qədər zəifləyən “Melissa” qasırğası oktyabrın 29-da gecə saatlarında Kubanın şərqinə çatıb. SİA xəbər verir ki, Cubadebate agentliyin məlumatına görə, yerli hakimiyyət orqanları yaxınlaşan qasırğa səbəbindən sahilyanı ərazilərdə yaşayan 750 min insanı təxliyə edib.

Sinoptiklərin məlumatına görə, hazırda Karib hövzəsinin şərqində yerləşən Santyaqo de Kuba əyalətinin Quam rayonunda küləyin sürəti saatda 195 kilometrə yaxındır.

Qeyd edək ki, “Melissa” bundan öncə Haiti, Yamayka və Dominikan Respublikasında daşqınlara, dağıntılara və azı yeddi nəfərin ölümünə səbəb olub. Qasırğanın Kubanı keçdikdən sonra Baham adalarına doğru istiqamət alacağı proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə