İsrail atəşkəsi pozub - hücumlarda 91 nəfər ölüb

İsrailin Qəzza zolağında atəşkəsi pozması nəticəsində 91 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Baş Nazirlik Ofisindən verilən açıqlama bildirilib: "Təhlükəsizliklə bağlı məsləhətləşmələrdən sonra Baş nazir Netanyahu orduya Qəzzaya təcili, şiddətli hücumlar təşkil etmək göstərişi verib".

Bu əmrdən sonra İsrail ordusunun Qəzzaya hava hücumları təşkil etdiyi bildirilir. Fələstin mətbuatının verdiyi məlumata görə, dünən axşamdan etibarən İsrail ordusunun hücumları nəticəsində 91 nəfər ölüb, çoxlu sayda yaralı var. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu və dağıntılar altında itkin düşmüş insanların olduğunu bildirən səlahiyyətlilər, ölənlərin sayının arta biləcəyini bildirib.

Hücumların baş verdiyi ərazilərdə axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə