Erməni tərəfinin cəbhədə aktivləşməsi nə ilə əlaqədardır?

Milli Məclisin vitse-spikeri Bahar Muradova erməni tərəfinin cəbhədə aktivləşməsinin ABŞ dövlət katibi Hillari Klintonun bölgəyə səfəri ilə əlaqəli olub-olmaması barədə sualı cavablandırıb. SİA-nın xəbərinə görə, B.Muradova jurnalistlərə açıqlamasında bildirib ki, son hadisələr insanı kifayət qədər fikirlər söyləməyə və müxtəlif istiqamətlərdə mülahizələr irəli sürməyə vadar edir. Amma görünən odur ki, ermənilər müxtəlif maraqların ifadəçisinə çevrilməkdə davam edirlər

Son günlər erməni tərəfinin atəşkəsi ciddi və intensiv şəkildə pozmasına da münasibət bildirən vitse-spiker vurğulayıb ki, bu, danışıqlar prosesinə mənfi təsir göstərir: "Bu, danışıqların bir tərəfi olan Ermənistanın qeyri-konstruktiv mövqedə olması və danışıqlar prosesindəki mövqeyi ilə real həyatdakı mövqeyinin ziddiyyət təşkil etməsinin göstəricisidir.Erməni tərəfinin son hərəkətləri hətta ayrı-ayrı prinsiplərin razılaşdırılması ilə əlaqədar əldə olunmuş nəticəni tamamilə kölgədə qoyur və prosesin perspektivini şübhə altına alır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...