"İnsan aclıq hissinin yaratdığı təsirləri idarə etməyi bacarmalıdır" - PSİXOLOQ AÇIQLADI
"Biz əgər baxsaq ki, aclıq hissi oyanarkən beynimizdə hansı rənglər aktivləşir və o rəngləri biz artıq marketlərin rəngində belə görə bilirik. Hansılar ki, qırmızıdır, narıncıdır, yaşıl ilə sarının, qırmızının vəhdətini təşkil edən bəzi yazıların olmasıdır". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
.jpg)
Onun sözlərinə görə, artıq marketə girərkən insan hətta ac olmadığı halda da o aclığa qarşı səs verəcək səslər var ki, o aktivliyi artırır:
"Daha çox da ac olarkən alış-verişə getmək adətən daha çox xərcləməyə səbəb olur. Çünki burada həm aclıqda olan rənglər aktivləşərək, gördüyü rənglərlə birləşir. Buna görə də biz görürük ki, insanlar daha çox qəlyanaltılara, şirniyyatlara tərəf heç almaq fikirləri olmasa da, birinci ona tərəf gedirlər.
Hətta bəzilərinə belə baxarıq ki, acıb orada yeyərkən, sonunda kağızını saxlayırlar ki, kassada təqdim edə bilsinlər. Buna görə də alış-verişə getməzdən əvvəl bizim bəzi tövsiyələrimiz var ki, hər zaman çalışırıq ki, o tövsiyələri insanlara verək.
Çünki bəzən elə insanlar olur ki, müraciət edərkən deyir ki, mən bilmirəm nə üçün marketin qarşısından keçərkən qəribə bir aclıq hissi gəlir mənə və mən gedirəm, mənə lazım olmayanları alıram.
Bu səbəbdən də biz o insanlara hər zaman deyirik ki, çalışın yüngül qidalar yeyin, bir balaca mədə dolu olsun ki, lazımlı olan məhsulların siyahısını siz beyninizdə hazırlayarkən məhz o məhsullara fokuslanasınız.
Bəzən də görürsünüz ki, bunu edən şəxslər bir aydan sonra büdcələrinə nə qədər qənaət etdiklərini və əlavə yığdıqları pullarının da artım gətirdiyini görürlər. Məsələn, deyirlər ki, biz gəlib getdikdən sonra baxdım ki, nə qədər büdcəmə xeyir edə bildim.
Buna görə də müəyyən vaxtı biz görürük ki, insanlar bu halda əziyyət çəkir. İnanırsınız ki, dəfələrlə mən marketdə olduğum zaman heç tanımadığım insana belə yaxınlaşıb demişəm ki, bax, siz hal-hazırda acsınız, nə aldığınızı bilmirsiniz. Bəlkə bir balaca beyninizi tam hərəkətə gətirəsiniz, o zaman sizə lazımlı olanları alın. Demişəm və çıxıb getmişəm.
Görmüşəm, adam belə qəribə baxır, deyir: “Doğrudan deyirsiniz, siz haradan bildiniz ki, mən acam?” Həqiqətən də insan ac olduğu zaman fərqində olmur.
Daha sonra qayıdıb gəldikdən sonra deyir ki, “Aa, mən nələr almışam” və içərisində normal bişirib ortaya çıxaracaq bir məhsul yoxdur.
Ona görə də bəzən çox gözəl olardı ki, xanımlar bəylərinə məhsulların siyahısını hazırlayıb göndərdikdə, bəylər o bazarlığı daha gözəl edir. O bazarlığın içərisində anında acdıqları nəyisə götürərlərsə, amma siyahı ilə getdiyi zaman isə daha səliqəli olur. Hətta o rənglərdə belə qıcıqlar yarandığı zaman artıq siyahıya uyğun olaraq beyni proqramlaşdıra bilir.
Çox gözəl olardı ki, insanlar, məsələn, marketə getdikləri zaman, alış-verişə getdikləri zaman həmin andan istifadə etsinlər. Həmin an elə avtomobillərində belə oturub o siyahını tutub fokuslanaraq bu addımı atsınlar. İcazə verməsinlər ki, həmin beyinlərində aktivləşən o rənglər onları idarə etsin.
İnsan elə bir varlıqdır ki, hər bir şeyi özünü idarə etməyi bacardığı bir halda, həmin anın rənglərini də idarə etməyi bacaracaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB