Azərbaycanla Çinin diplomatik münasibətlərinin 35-ci ildönümü ilə bağlı poçt markası buraxıla bilər

Azərbaycanla Çinin diplomatik münasibətlərinin 35-ci ildönümü ilə bağlı poçt markası buraxıla bilər

“AZCON Holding” şirkətlərindən olan “Azərpoçt” MMC-də Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Lu Meyin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycan və Çin arasında poçt, elektron ticarət və logistika infrastrukturu sahələrində əməkdaşlığın inkişaf imkanları müzakirə olunub.

MMC-dən SİA-ya bildirilib ki, 2027-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümü münasibətilə poçt markasının buraxılması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində Çinin elektron ticarət platformaları ilə “Azərpoçt” arasında əməkdaşlıq əlaqələrinin yaradılması, poçt və kommersiya göndərişlərinin daşınması, emalı və son təyinat ünvanına çatdırılması imkanları da nəzərdən keçirilib.

Bununla yanaşı, “Azərpoçt”un logistika infrastrukturunun modernləşdirilməsi məqsədilə avtomatlaşdırılmış çeşidləmə xətləri və digər müasir texnoloji avadanlıqlar istehsal edən Çin şirkətləri barədə məlumatların təqdim olunması təklif edilib.

Müvafiq şirkətlər müəyyənləşdirildikdən sonra tərəflər arasında texniki görüşlərin keçirilməsi, eləcə də texnoloji həllər və avadanlıqlarla bağlı təqdimatların təşkil olunması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə