Gəncədən Sankt-Peterburqa uçmaq istəyənlərə ŞAD XƏBƏR

Gəncə-Sankt-Peterburq marşrutu üzrə mövsümi reyslər "Azərbaycan Hava Yolları"nın (AZAL) cədvəlinə yenidən daxil edilib. SİA xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ilk uçuş bu gün yerli vaxtla saat 16:20-də Gəncədən yola düşüb. Uçuşlar həftədə bir dəfə, şənbə günləri yerinə yetiriləcək. İki şəhər arasında uçuşlar əvvəllər 2025-ci ilin yay mövsümünün sonuna qədər həyata keçirilirdi, bundan sonra isə dayandırıldı.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə