Makler (vasitəçi) haqqı bazar prinsiplərinə əsasən müəyyən olunur və bu məbləğ qanunla konkret şəkildə tənzimlənmir. Yəni daşınmaz əmlak alqı-satqısı və ya kirayəsi zamanı makler xidmətinin qiyməti tərəflər arasında razılaşma yolu ilə formalaşır.

Hüquqşünas Əkrəm Həsənov SİA-ya açıqlamasında bildirib ki, bu məsələ qanunla konkret məbləğ şəklində müəyyən olunmur:
“Çünki ölkəmizdə bazar iqtisadiyyatı mövcuddur və makler xidmətlərinin qiyməti də sərbəst şəkildə formalaşır. Yəni hər bir makler öz xidmət haqqını özü müəyyənləşdirir.
Bu sahədə dövlət tərəfindən sabit tariflər təyin olunmur. Lakin tərəflər arasında razılaşma olmalıdır və xidmət haqqı əvvəlcədən açıq şəkildə bildirilməlidir. Təcrübədə adətən satış zamanı müəyyən faiz, kirayə zamanı isə bir aylıq ödəniş kimi formalaşsa da, bu məbləğlər məcburi deyil və razılaşmadan asılı olaraq dəyişir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB