Azərbaycanın Hərbi Prokurorluğunda yeni təyinat olub. Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Amid Asif oğlu Verdiyev Hərbi Prokurorluğun Kadrlar şöbəsinin rəisi təyin edilib.
Xatırladaq ki, A.Verdiyev uzun illərdir prokurorluq orqanlarında işləyir. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il sentyabrın 28-də imzaladığı sərəncamla o, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB