Polkovnik-leytenantı Hərbi Prokurorluqda şöbə rəisi təyin edildi

5 Fevral 2026 22:03 (UTC+04:00)

Azərbaycanın Hərbi Prokurorluğunda yeni təyinat olub. Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Amid Asif oğlu Verdiyev Hərbi Prokurorluğun Kadrlar şöbəsinin rəisi təyin edilib.

Xatırladaq ki, A.Verdiyev uzun illərdir prokurorluq orqanlarında işləyir. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il sentyabrın 28-də imzaladığı sərəncamla o, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Mətləb