“ƏMAS-da kadr və əməkhaqqı prosesləri tam elektronlaşdırılacaq” - Kənan Əkpərov
ƏMAS-da kadr anketlərinin və CV-lərin, ezamiyyə vərəqələrinin elektronlaşdırılması, həmçinin əməkhaqqı ödənişlərinin bank hesabları üzrə idarə olunması kimi funksiyaların tətbiq ediləcəyi bildirilib.
SİA xəbər verir ki, bu barədə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər təhlil olunaraq ƏMAS-ın mövcud funksionallığına uyğunlaşdırılacaq və bu da əmək münasibətlərinin idarə edilməsində çevikliyi və şəffaflığı artıracaq.
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB