ƏMAS-da kadr anketlərinin və CV-lərin, ezamiyyə vərəqələrinin elektronlaşdırılması, həmçinin əməkhaqqı ödənişlərinin bank hesabları üzrə idarə olunması kimi funksiyaların tətbiq ediləcəyi bildirilib.
SİA xəbər verir ki, bu barədə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər təhlil olunaraq ƏMAS-ın mövcud funksionallığına uyğunlaşdırılacaq və bu da əmək münasibətlərinin idarə edilməsində çevikliyi və şəffaflığı artıracaq.