Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının yaranmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilir.
SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Milli Məclisin deputatları Hikmət Məmmədov və Samir Vəliyev, eləcə də YAP-ın Təftiş Komissiyasının üzvü Musa Musayev iştirak edirlər.
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB