YAP Nərimanov rayon təşkilatının 33 illiyi qeyd olunur - YENİLƏNİR/FOTOLAR

28 Yanvar 2026 11:00 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının yaranmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilir.

SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Mərkəzi Aparatının rəhbərinin müavini Ramilə Bədəlova, Milli Məclisin deputatları Hikmət Məmmədov və Samir Vəliyev, eləcə də YAP-ın Təftiş Komissiyasının üzvü Musa Musayev iştirak edirlər.