Uşağın böyümə prosesi həm sevincli, həm də çətin bir mərhələdir. Xüsusilə də ilk dəfə valideyn olan gənclər bu dövrdə bir sıra psixoloji səhvlərə yol verə bilirlər. Bu, tamamilə təbii və başa düşülən bir haldır. Lakin mütəxəssislər bildirirlər ki, bu səhvlərin fərqində olmaq və onların qarşısını vaxtında almaq uşağın sağlam psixoloji inkişafı üçün son dərəcə vacibdir. Bəs, əsasən nələrə diqqət etmək lazımdır?
Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, səhvlərdən biri uşağın hər istədiyini etməkdir:
"Digər tərəfdən, uşağın rolunu oyunlar zamanı düzgün yönləndirmək ən gözəl tərbiyə üsullarından biridir. Nəyin olub, nəyin olmadığını bir gəlincik üzərində və yaxud oğlan uşağıdırsa, sürmək istədiyi balaca maşınların üzərində göstərmək mümkündür. Çünki biz övladımızı yetişdirərkən onun psixi xüsusiyyətlərini bilmədikdə bəzən yanlış psixoloji addımlar atırıq. Bu yanlış addımlar uşağın psixi xüsusiyyətinə uyğun olmayan yönəlişlər yaradır. Atılan həmin yönəlişlər şüursuz şəkildə həyata keçirildiyinə görə uşaqların yaddaşında daha çox qalır və valideynlər buna mütləq diqqət yetirməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə